RU

Peterburqda Zəfər Gününü qeyd edildi - FOTOLAR

Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğunda 8 noyabr – Zəfər Gününün 5 illiyinə həsr olunmuş tədbir təşkil olunub.

Musavat.com xəbər verir ki, mərasimdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulunun səlahiyyətlərini icra edən Anar Yusifzadə, Türkiyənin baş konsulu Başar Başol, Pakistanın fəxri konsulu Rauf Əbdül Rind, MDB PA-nın baş katibinin müavini – Milli Məclisin səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, Rusiya Müdafiə Nazirliyinin Sankt-Peterburq şəhərindəki ali hərbi məktəblərində təhsil alan azərbaycanlı zabitlər, həmçinin Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş igidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Səfir Rəhman Mustafayev və baş konsul əvəzi Anar Yusifzadə çıxışlarında 8 noyabr – Zəfər Gününün Azərbaycan dövlətçiliyi tarixində xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Qonaqlara işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa, quruculuq və reinteqrasiya prosesləri barədə məlumat verilib.

Tədbir çərçivəsində 8 noyabr – Zəfər Gününə həsr olunmuş foto sərgi təşkil olunub, sənədli film nümayiş etdirilib və sonda bayram ziyafəti verilib.

Musavat.com

Избранный
10
1
musavat.com

2Источники