RU

Azərbaycan Türkiyə şirkəti ilə "yaşıl enerji" üzrə əməkdaşlıq edəcək

BAKI,TurkicWorld

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA) ilə Türkiyənin külək enerji sənayesində fəaliyyət göstərən "Ataseven Group" şirkəti arasında əməkdaşlıq əlaqələrinin qurulması barədə razılıq əldə olunub.

Bu barədə TurkicWorld Energetika Nazirliyinə istinadən xəbər verir.

Belə ki, energetika nazirinin müavini Samir Vəliyevlə Türkiyənin külək enerji sənayesində fəaliyyət göstərən "Ataseven Group" şirkətinin sədri Mustafa Atasevenin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə şirkətin Türkiyədə külək elektrik stansiyalarının qurulması ilə yanaşı, turbin avadanlıqlarının istehsalı və onların, eləcə də istehsal olunan enerjinin ixracı sahəsində fəaliyyəti barədə məlumat verilib. Azərbaycanla bu istiqamətdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Azərbaycanda həyata keçirilən "yaşıl enerji", o cümlədən külək enerjisi layihələrindən bəhs edilib. Qeyd edilib ki, bərpa olunan enerji avadanlıqlarının yerli istehsalı və "yaşıl enerji"nin ixracı Azərbaycanın yaxın gələcək üçün gündəliyində yer alan məsələlərdəndir.

Söhbət zamanı vurğulanan istiqamətlər üzrə əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə müzakirələrin davam etdirilməsi və şirkətlə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi arasında əməkdaşlıq əlaqələrinin qurulması barədə razılıq əldə olunub.

Избранный
31
13
turkic.world

10Источники