AZ

Türkiyə şirkəti ilə “yaşıl” enerji əməkdaşlığı

Energetika nazirinin müavini Samir Vəliyev və Türkiyənin külək enerji sənayesində fəaliyyət göstərən “Ataseven Group” şirkətinin sədri Mustafa Atasevenin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Bu barədə XQ-yə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə şirkətin Türkiyədə külək elektrik stansiyalarının qurulması ilə yanaşı, turbin avadanlıqlarının istehsalı və onların, eləcə də istehsal olunan enerjinin ixracı sahəsində fəaliyyəti barədə məlumat verilib. Azərbaycanla bu istiqamətdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Azərbaycanda həyata keçirilən “yaşıl” enerji, o cümlədən külək enerjisi layihələrindən bəhs edilib. Qeyd edilib ki, bərpaolunan enerji avadanlıqlarının yerli istehsalı və “yaşıl” enerjinin ixracı Azərbaycanın yaxın gələcək üçün gündəliyində yer alan məsələlərdəndir. Söhbət zamanı sözügedən istiqamətlər üzrə əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə müzakirələrin davam etdirilməsi və şirkətlə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi arasında əməkdaşlıq əlaqələrinin qurulması barədə razılıq əldə olunub.

 

Seçilən
10
13
xalqqazeti.az

10Mənbələr