RU

Azərbaycan Yay Deflimpiya Oyunlarında 20 idmançı ilə təmsil olunacaq

Azərbaycan Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək XXV Yay Deflimpiya Oyunlarında tarixində ilkə imza atacaq. Ölkəmiz bu mötəbər yarışda 6 idman növü üzrə 20 idmançı ilə təmsil olunacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov yarışa hazırlıqla bağlı keçirilən mətbuat konfransında məlumat verib.

Namiq Novruzov bildirib ki, Tokio Deflimpiadasında iştirak Azərbaycanın Deflimpiya hərəkatında yeni mərhələnin başlanğıcı olacaq: “Qürurverici haldır ki, komandamız ilk dəfə Deflimpiya Oyunlarında 5 qadın idmançı ilə təmsil olunacaq. Onlardan 3-ü taekvondo, 1-i karate, 1-i isə üzgüçülük üzrə mübarizə aparacaq. Bu, qadın idmançılarımızın beynəlxalq arenada fəallığının, əzminin və peşəkarlığının bariz göstəricisidir. Eyni zamanda, ölkəmizdə qadınların idmanda rolunun artması və gender bərabərliyinə verilən diqqətin təzahürüdür”.

Qeyd edək ki, XXV Yay Deflimpiya Oyunları 15–26 noyabr tarixlərində keçiriləcək.

Избранный
15
4
90deqiqe.az

6Источники