AZ

Azərbaycan ilk dəfə 5 qadın idmançı ilə təmsil olunacaq

BAKI, 4 noyabr. TELEQRAF

Azərbaycan Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XXV Yay Deflimpiya Oyunlarında 6 idman növü üzrə iştirak edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov yarışa hazırlıqla bağlı keçirilən mətbuat konfransında deyib.

O, Azərbaycanın Oyunlarda 20 idmançı ilə təmsil olunacağını söyləyib:“Sevindirici haldır ki, onlardan 5-i ilk dəfə xanım idmançılar olacaq. Onlardan 3-ü taekvondo, 1-i karate, 1-i isə üzgüçülük üzrə yarışlarda çıxış edəcək. Bu fakt qadın idmançılarımızın beynəlxalq arenada fəal iştirakının, onların əzminin və peşəkarlığının göstəricisidir”.

Seçilən
18
1
teleqraf.com

6Mənbələr