AZ

Azərbaycan Yay Deflimpiya Oyunlarında 20 idmançı ilə təmsil olunacaq

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 4 noyabr, AZƏRTAC

Azərbaycan Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək XXV Yay Deflimpiya Oyunlarında 6 idman növündə ilk dəfə 20 idmançı ilə təmsil olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov yarışın hazırlıqları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O, bu Oyunlarda iştirakı Azərbaycanın Deflimpiya hərəkatında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib: “Sevindirici və qürurverici haldır ki, komandamız eyni zamanda ilk dəfə Deflimpiya oyunlarında 5 xanım idmançı ilə təmsil olunacaq. Onlardan 3-ü taekvondo, 1-i karate, 1-i isə üzgüçülük üzrə yarışlarda çıxış edəcək. Bu fakt qadın idmançılarımızın beynəlxalq arenada fəal iştirakının, onların əzminin və peşəkarlığının göstəricisidir. Eyni zamanda, bu uğur ölkəmizdə qadınların idmanda rolunun güclənməsinin və gender bərabərliyinə verilən önəmin bariz nümunəsidir”.

Qeyd edək ki, Yay Deflimpiya Oyunları noyabrın 15–26-da keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
4
azertag.az

6Mənbələr