Bakı.Trend:
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlbolunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə oktyabrayı üzrə məlumat açıqlanıb.
Bu barədə Trend-ə Azərbaycan Respublikasının MinatəmizləməAgentliyindən (ANAMA) məlumat verilib.
Bildirilir ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa,Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı vəZəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmişBağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində406 piyada əleyhinə mina, 364 tank əleyhinə mina, 12.298Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
7.022,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.