İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə oktyabr ayı üzrə məlumat açıqlanıb.
Sitat.info Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) istinadən xəbər verir ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 406 piyada əleyhinə mina, 364 tank əleyhinə mina, 12.298 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 7.022,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.