RU

Premyer Liqa: “Sabah” “Qəbələ” ilə üz-üzə - ARENA.AZ

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun qapanış matçında “Sabah” “Qəbələ”ni qəbul edəcək. “Masazır Arena”da keçiriləcək oyunu Fərid Hacıyev idarə edəcək.

Xatırladaq ki, “Sabah” cari mövsümdə keçirdiyi 8 oyunda 15 xal toplayıb və hazırda 6-cı pillədə qərarlaşıb. “Qəbələ” isə 9 oyuna topladığı 5 xalla 10-cudur.

Premyer Liqa
10-cu tur

31 oktyabr

“Qarabağ” – “İmişli” 2:0
Qollar: Abdullah Zubir, 52. Emmanuel Addai, 82.
Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Kərim Zeynalov, Emin Əliyev
VAR: Rəşad Əhmədov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “Azərsun Arena”, 17:00.

1 noyabr

“Karvan” – “Zirə” 2:3
Qollar: İmani Barker, 29. Kayl Spens, 62 – Brahim Konate, 57. Leroy Mikels, 74. Ayron Qomis, 87.
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli.
VAR: Elçin Məsiyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Şamaxı şəhər stadionu, 14:00.

“Neftçi” – “Kəpəz” 5:1
Qollar: Emin Mahmudov, 19. Vensan Abubakar, 23. Bussala Sambu, 74; 86. Freddi Varqas, 90+1 – Sadiq Şəfiyev, 77.
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Rauf Cabbarov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. “Neftçi Arena”, 17:00.

2 noyabr

“Turan Tovuz” – “Şamaxı” 2:1
Qollar: Roberto Olabe, 45+2. Joarlem Santos, 49 – Rikardo Apolinario, 45-pen.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 16:00.

“Sumqayıt” – “Araz-Naxçıvan” 3:2
Qollar: Roi Kehat, 17; 78. Ronaldo Vaskes, 69 – Çarlz Boli, 41. Patrik Andrade, 51.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:30.

3 noyabr

“Sabah” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Masazır Arena”, 19:30.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
31
48
arena.az

10Источники