AZ

“Real”da Franko Mastantuono şoku - xroniki zədəsi var!

Futbol üzrə Argentina millisinin və İspaniya nəhəngi “Real”ın cinah hücumçusu Franko Mastantuono xroniki zədədən əziyyət çəkir.

Arena.az bu barədə Madrid klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

18 yaşlı vingerə xroniki qasıq zədəsi olan pubalji diaqnozu qoyulub.

Xatırladaq ki, daha əvvəl eyni diaqnoz “Barselona”nın yarımmüdafiəçisi Lamin Yamala da qoyulmuşdu.

Franko Mastantuono Argentinanın “River Pleyt” klubunun məzunudur. Hücumçu “milyonçular” üçün bütövlükdə 64 oyuna çıxıb, 10 qol və 7 məhsudlar ötürmə ilə fərqlənib. “Real” Mastantuononu 2025-ci ilin yayında tamhüquqlu əsasda heyətinə qatıb. Keçid “qaymaqlılar”a 45 milyon avro məbləğ müqabilində başa gəlib. Gənc futbolçunun İspaniya klubu ilə 6 illik (2031-ci ilin 30 iyununadək) müqaviləsi mövcuddur.

Mastantuono “Real”ın heyətində bütövlükdə 12 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Mastantuono 2025-ci ilin iyun ayında Argentina yığmasının heyətində debüt edib. O, millinin heyətində meydana çıxdığı 3 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Mastantuononun qənimətlər muzeyində “River Plyet”lə qazandığı Argentina Super Kuboku (2022/2023) var.

“Transfermarkt” internet-portalı 18 yaşlı argentinalı hücumçunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
51
50
arena.az

10Mənbələr