AZ

Elvin Bədəlov Premyer Liqada 157-ci oldu - ARENA.AZ

Mərkəz müdafiəçisi Elvin Bədəlov futbol üzrə Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü oyununu keçirib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, “Neftçi”nin müdafiəçisinin yubileyi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 10-cu turuna təsadüf edib.

30 yaşlı müdafiəçi “Kəpəz”lə ev görüşündə (5:1) forma geyinib. O, Premyer Liqa çərçivəsində keçirdiyi 200 matçda 3 qola da imza atıb.

Elvinin debütü 2013/2014-cü illər mövsümündə məhz “Neftçi”nin heyətində gerçəkləşib. O, “ağ-qaralar”ın heyətində 51 (1 qol), “Sumqayıt”da 149 (2 qol) oyun keçirib.

Elvin Bədəlov Azərbaycan Premyer Liqası tarixində 200 və daha çox matça çıxmış 157-ci futbolçudur. O, buna cari mövsümdə nail olan ikinci oyunçudur. Filip Ozobiç də “200”ü mövsümün gedişində arxada qoyub.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
23
27
arena.az

10Mənbələr