RU

Əvəzedicilər Liqası: “Neftçi” “Qəbələ”ni xalsız yola saldı

Bu gün Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 9-cu turun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə bir qarşılaşma baş tutub.

“Neftçi” və “Qəbələ”nin ikinci komandaları arasındakı görüşdə meydan sahibləri qələbə qazanıblar.

Tura noyabrın 3-də keçiriləcək “Turan Tovuz-2” – “Sumqayıt-2” oyunu ilə yekun vurulacaq.

Əvəzedicilər Liqası
9-cu tur

31 oktyabr

“Qarabağ-2” – “Zirə-2” 0:0
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Rahil Ramazanov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu, 14:00.

1 noyabr

“Araz-Naxçıvan-2” – “Şamaxı-2” 3:1
Qollar: İftixar İbrahimov, 1; 40. İbrahim Piriyev, 19 – Raul Məmmədov, 88.
Hakimlər: Kamran Əliyev, Rasim Axundov, Rizvan Süleymanov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Rekord Arena”, 14:00.

“Sabah-2” – “Kəpəz-2” 5:0
Qollar: Ramil Nuraxmedov, 32. Cavid Məmmədli, 35. Camal Cəfərov, 57; 75. Həmzəalı Mikayılov, 62.
Hakimlər: Mahmud Bağırzadə, Zakir Şükürzadə, Asif Abdullayev, Səbuhi Bayramov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Bayıl Arena”, 14:00.

2 noyabr

“Neftçi-2” – “Qəbələ-2” 2:1
Qollar: Mirşahbaz Şahbazov, 1. Antoni Hunpe, 35-öz qapısıa – Cuma Hüseynov, 49.
Hakimlər: Şamil İmanzadə, Namiq Hüseynov, Mirnihad Seyidov, Murad Səlimov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

3 noyabr

“Turan Tovuz-2” – “Sumqayıt-2”
Hakimlər: Emin Əliyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Ruslan Quliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
29
35
arena.az

10Источники