RU

Meksikada şəhər meri Ölülər Günündə güllələndi

BAKI, 02 noyabr. TELEQRAF

Meksikanın Uruapan şəhərinin meri Karlos Manso Ölülər Günü mərasimində güllələnərək qətlə yetirilib.

Teleqraf xəbər verir ki, bu barədə "Milenio" saytı məlumat yayıb.

“Uruapan şəhərinin meri Karlos Manso Ölülər Günü ilə bağlı keçirilən tədbir zamanı silahlı hücum nəticəsində öldürülüb”, - deyə məlumatda bildirilir.

Nəşrin məlumatına görə, siyasətçi altı güllə yarası alıb və xəstəxanaya aparılıb. Həkimlər onu xilas edə bilməyiblər. Daha bir nəfər də yaralanıb. Əməliyyat nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları iki nəfəri saxlayıb, digər silahlı isə ölüb.

Hadisənin digər təfərrüatı məlum deyil. Atışmanın səbəbləri araşdırılır.

Избранный
37
1
teleqraf.com

2Источники