AZ

Ölülər Günündə bu şəhərin merini GÜLLƏYİB ÖLDÜRDÜLƏR

Meksikanın Uruapan şəhərinin meri Karlos Manso Ölülər Günü qeyd edilərkən güllələnərək öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə "Milenio" qəzeti yazır.

“Uruapan şəhərinin meri Karlos Manso Ölülər Gününə həsr olunmuş tədbir zamanı silahlı hücum nəticəsində öldürülüb”, - deyə məlumatda bildirilir.

Nəşrin məlumatına görə, siyasətçi altı güllə yarası alıb və xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər. Bundan əlavə, daha bir nəfər yaralanıb. Hücumla bağlı əməliyyat nəticəsində hüquq-mühafizə orqanları iki nəfəri saxlayıb, daha bir hücum edən şəxs isə öldürülüb.

Seçilən
1
1
publika.az

2Mənbələr