RU

İcra hakimiyyətində həbslər DAVAM EDİR- YENİLƏNİB

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı daha bir nəfər həbs edilib.

NOCOMMENT.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini işləyən Zülfüqar Hüseynbala oğlu Mansurov barəsində 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.

O, təkrar külli miqdarda rüşvət almaqda ittiham olunur.

Qeyd edək ki, icra hakimiyyətindəki əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilib.

*** 11:49

Qaradağ rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib. 

NOCOMMENT.az xəbər verir ki, icra başçısının müavini  Nadir Muradov və Təsərrüfat şöbəsində baş məsləhətçi- mühəndis vəzifəsində çalışan Qafar Abdullayev barəsində  4 aylıq həbs qərarı çıxarılıb.

Bundan başqa, İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin digər əməkdaşının da saxlanıldığı bildirilir.

***22:22

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb. 

NOCOMMENT.azın əldə etdiyi məlumata görə, yoxlamalar nəticəsində rayonun icra başçısının müavini Muradov Nadir Yədulla oğlu həbs edilib.

Onun hansı səbəbdən həbs olunduğu hələlik açıqlanmayıb.

N.Muradovla bağlı məhkəmə tərəfindən 4 aylıq həbsqətimkan tədbiri ilə bağlı qərar verilib.\\Unikal

Избранный
68
50
nocomment.az

10Источники