AZ

Prokurorluq Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib, vəzifəli şəxslər həbs olunub - Yenilənib 

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib...

Poliqon xəbər verir ki, əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs saxlanılıb.

Saxlanılan Qaradağ Rayon İcra başçısının müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 ay 28 gün müddətinə həbs edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin32.5, 311.3.1, 32.5, 311.3.3, 311.3.2, 311.3.3-cü maddələri ilə ittiham edilir.

APA-nın əldə etdiyi məlumata görə, əməliyyat zamanı digər şəxslər də saxlanılıb.

Onlarla bağlı hələlik məhkəməyə təqdimat daxil olmayıb.

Bir neçə şəxslə bağlı həbslə bağlı olmayan qətimkan tədbiri seçildiyi bildirilir.

İstintaq davam edir, başqa vəzifəli şəxslər də dindirilir. Əlavə saxlanılanların da olacağı gözlənilir.

***

Ötən gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb və icra başçısının müavini Muradov Nadir Yədulla oğlu, rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdir əvəzi Qafar Abdullayev (baş mütəxəssis) barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Manset.az-ın əldə etdiyi məlumata görə, saxlanılanlar içərisində icra başçısının köməkçisi Umudov Rəşad Həsən oğlu, icra hakimiyyətinin mütəxəssisi Nadirli Rəşad Sərdar oğlu və rayon icra hakimiyyəti başçısının Çeyildağ üzrə nümayəndəsinin müavini Şəmsiyev İsa Tofiq oğlu da olub.

Daha sonra məhkəmənin qərarı ilə onlar haqqında ev dustaqlığı qətimkan tədbiri qərarı verilib.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətnin başçısı Süleyman Mikayılovdur. O, 2010-cu ildən bu rayona rəhbərlik edir. 

Poliqon.info

Seçilən
21
50
poliqon.info

10Mənbələr