AZ

Prokurorluq Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib, vəzifəli şəxslər həbs olunub - YENİLƏNİB

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

APA xəbər verir ki, əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs saxlanılıb.

Saxlanılan Qaradağ Rayon İcra başçısının müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 ay 28 gün müddətinə həbs edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin32.5, 311.3.1, 32.5, 311.3.3, 311.3.2, 311.3.3-cü maddələri ilə ittiham edilir.

APA-nın əldə etdiyi məlumata görə, əməliyyat zamanı digər şəxslər də saxlanılıb.

Onlarla bağlı hələlik məhkəməyə təqdimat daxil olmayıb.

Bir neçə şəxslə bağlı həbslə bağlı olmayan qətimkan tədbiri seçildiyi bildirilir.

İstintaq davam edir, başqa vəzifəli şəxslər də dindirilir. Əlavə saxlanılanların da olacağı gözlənilir.

Seçilən
16
50
apa.az

10Mənbələr