Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Məşhur futbolçu Kriştianu Ronaldunun oğlu Junior Kriştianu Ronaldu Portuqaliyanın 16 yaşlardan ibarət yığmasında (U-16) ilk qolunu vurub.
Oxu.Az xəbər verir ki, 15 yaşlı futbolçu Uelslə oyuna start heyətində başlayıb və hesabı açıb. Qarşılaşma 3:0 hesabı ilə başa çatıb.
Junior Kriştianu bir müddət öncə Portuqaliyanın U-16 yığmasının heyətində türkiyəli həmyaşıdlarına qarşı matçda debüt edib. Onun matçın sonunda meydana çıxdığı qarşılaşmada Portuqaliya 2:0 hesabı ilə qələbə qazanıb.
Junior Kriştianu atasının oynadığı Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun futbol akademiyasında məşq edir.
Xatırladaq ki, Ronaldu və ailəsi 2023-cü ilin yanvar ayından ərəb ölkəsinə köçüblər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.