AZ

Ronaldunun oğlu Portuqaliya millisində ilk qolunu vurdu

Məşhur futbolçu Kriştianu Ronaldunun oğlu Junior Kriştianu Ronaldu Portuqaliyanın 16 yaşlardan ibarət yığmasında (U-16) ilk qolunu vurub.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, 15 yaşlı futbolçu Uelslə oyuna start heyətində başlayıb və hesabı açıb. Qarşılaşma 3:0 hesabı ilə başa çatıb.

Junior Kriştianu bir müddət öncə Portuqaliyanın U-16 yığmasının heyətində türkiyəli həmyaşıdlarına qarşı matçda debüt edib. Onun matçın sonunda meydana çıxdığı qarşılaşmada Portuqaliya 2:0 hesabı ilə qələbə qazanıb.

Junior Kriştianu atasının oynadığı Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun futbol akademiyasında məşq edir.

Xatırladaq ki, Ronaldu və ailəsi 2023-cü ilin yanvar ayından ərəb ölkəsinə köçüblər.

https://t.me/aznovost/144941

"Cebheinfo.az" 

Seçilən
8
2
cebheinfo.az

3Mənbələr