Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva işdən çıxarılıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, BDU-nun rektoru Elçin Babayevin müvafiq əmri ilə Q.Mehdiyeva bir müddət öncə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri vəzifəsindən azad edilib. Digər əmrlə onun yerinə AMEA-nın müxbir üzvü, Fizika-riyaziyyat elmləri doktoru, Əməkdar müəllim Vaqif İbrahimov təyin olunub.
Qeyd edək ki, V. İbrahimov millət vəkili Eldar İbrahimovun qardaşıdır.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatda saxlanılan sabiq icra başçısı İslam Rzayev barəsində isə həbs qətimkan tədbiri seçilib.
Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.
Məhkəmə İ. Rzayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
TV Musavat-ın saat 12:00-da canlı yayımlanan "Həftə içi" verilişində Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Nəsimi Şərəfxanlı və AMİP liderinin köməkçisi Əli Orucov son hadisələri müzakirə edirlər.