AZ

Millət vəkilinin qardaşına vəzifə verildi -Foto

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva işdən çıxarılıb.

Hurriyyet.Az manset.az-a istinadən xəbər verir ki, BDU-nun rektoru Elçin Babayevin müvafiq əmri ilə Q.Mehdiyeva bir müddət öncə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri vəzifəsindən azad edilib.

Digər əmrlə onun yerinə AMEA-nın müxbir üzvü, Fizika-riyaziyyat elmləri doktoru, Əməkdar müəllim Vaqif İbrahimov təyin olunub. 

Qeyd edək ki, V. İbrahimov millət vəkili Eldar İbrahimovun qardaşıdır.

Seçilən
37
5
hurriyyet.az

5Mənbələr