AZ

Millət vəkilinin qardaşına vəzifə verildi FOTO

Metbuat portalından verilən məlumata əsasən, ain.az bildirir.

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva işdən çıxarılıb.

Metbuat.az manset.az-a istinadən xəbər verir ki, BDU-nun rektoru Elçin Babayevin müvafiq əmri ilə Q.Mehdiyeva bir müddət öncə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri vəzifəsindən azad edilib.

Digər əmrlə onun yerinə AMEA-nın müxbir üzvü, Fizika-riyaziyyat elmləri doktoru, Əməkdar müəllim Vaqif İbrahimov təyin olunub.

Qeyd edək ki, V. İbrahimov millət vəkili Eldar İbrahimovun qardaşıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
5
metbuat.az

5Mənbələr