RU

Beyləqanda qəza - Xəsarət alanlar var

BEYLƏQAN, 30 oktyabr. TELEQRAF

Beyləqanda iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yol nəqliyyat hadisəsi rayonun Daşburun qəsəbəsi ərazisində baş verib.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn "KİA" markalı avtomobil ilə toqquşub. Nəticədə avtomobildə olan 4 nəfər 1961-ci il təvəllüdlü Nuriyev Tahir İsmayıl oğlu, 1997-ci il təvəllüdlü İbrahimov Raliz Yusif oğlu, 1997-ci il təvəllüdlü Məmmədov Bəhlul Qüdrət oğlu və 1980-ci il təvəllüdlü Qasımov Rəşad Zahid oğlu müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır

Избранный
12
16
teleqraf.com

10Источники