AZ

Beyləqanda yol qəzası olub, 4 nəfər xəsarət alıb – YENİLƏNİB

30.10.2025-ci il tarixdə saat 16:00 radələrində Beyləqan rayonunda avtoqəza hadisəsi səbəbilə 4 nəfər ( kişi ) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

TƏBİB-dən NOCOMMENT.az-a verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

1981-ci il və 1997-ci il təvəllüdlü şəxslərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Digər xəsarət alan şəxslərin müalicəsi isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyətləri kafidir.

***

19:11

Beyləqanda baş verən qəzada 4 nəfər xəsarət alıb.

NOCOMMENT.az xəbər verir ki, rayonun Daşburun qəsəbəsi ərazisində hərəkətdə olan “Mercedes markalı avtomobil qarşıdan gələn “KİA” markalı avtomobil ilə toqquşub.

Nəticədə avtomobildə olan 4 nəfər 1961-ci il təvəllüdlü Nuriyev Tahir İsmayıl oğlu, 1997-ci il təvəllüdlü İbrahimov Raliz Yusif oğlu, 1997-ci il təvəllüdlü Məmmədov Bəhlul Qüdrət oğlu və 1980-ci il təvəllüdlü Qasımov Rəşad Zahid oğlu müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır

Seçilən
19
16
nocomment.az

10Mənbələr