Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Beyləqanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Ölkə.az" Report-a istinadla xəbər verir ki, hadisə rayonun Daşburun qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, "Mercedes" və "KİA" markalı avtomobillərin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü İbrahimov Raliz Yusif oğlu, 1961-ci il təvəllüdlü Nuriyev Tahir İsmayıl oğlu, 1997-ci il təvəllüdlü Məmmədov Bəhlul Qüdrət oğlu və 1980-ci il təvəllüdlü Qasımov Rəşad Zahid oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
 
                        