Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Tam işgüzar vəziyyətdə oturmuşam".
Bunu "Unikal"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, AMEA-nın Geologiya və Geofizika İnstitutunun baş direktoru Akif Əlizadə deyib.
"Səhhətim yaxşıdır. AMEA-nın 80 illik yubileyinə hazırlaşıram.
Hər gün akademiyaya gəlirəm. İş başındayam. Bəzən günorta saatlarında gəzməyə çıxıram", - deyə o əlavə edib.
Qeyd edək ki, 1934-cü il təvəllüdlü Akif Əlizadə 2013-2019-cu illərdə AMEA-nın prezidenti olub. Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən Akif Əlizadənin AMEA-dakı dövrü ilə bağlı araşdırma aparılır. İstintaq AMEA-da mənimsəmə və sui-istifadə hallarının olub-olmamasını araşdırır.
Murad İbrahimli
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.