AZ

"Tam işgüzar vəziyyətdə iş başındayam": 91 yaşlı Akif Əlizadə

"Tam işgüzar vəziyyətdə oturmuşam".

"Cebheinfo.az” xəbər verir ki, bunu "Unikal"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, AMEA-nın Geologiya və Geofizika İnstitutunun baş direktoru Akif Əlizadə deyib.

"Səhhətim yaxşıdır. AMEA-nın 80 illik yubileyinə hazırlaşıram.

Hər gün akademiyaya gəlirəm. İş başındayam. Bəzən günorta saatlarında gəzməyə çıxıram", - deyə o əlavə edib.

Qeyd edək ki, 1934-cü il təvəllüdlü Akif Əlizadə 2013-2019-cu illərdə AMEA-nın prezidenti olub. Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən Akif Əlizadənin AMEA-dakı dövrü ilə bağlı araşdırma aparılır. İstintaq AMEA-da mənimsəmə və sui-istifadə hallarının olub-olmamasını araşdırır.

"Cebheinfo.az”

Seçilən
2
1
cebheinfo.az

2Mənbələr