EN

Tam işgüzar vəziyyətdə iş başındayam 91 yaşlı Akif Əlizadə

Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Tam işgüzar vəziyyətdə oturmuşam".

Bunu "Unikal"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, AMEA-nın Geologiya və Geofizika İnstitutunun baş direktoru Akif Əlizadə deyib.

"Səhhətim yaxşıdır. AMEA-nın 80 illik yubileyinə hazırlaşıram.

Hər gün akademiyaya gəlirəm. İş başındayam. Bəzən günorta saatlarında gəzməyə çıxıram", - deyə o əlavə edib.

Qeyd edək ki, 1934-cü il təvəllüdlü Akif Əlizadə 2013-2019-cu illərdə AMEA-nın prezidenti olub. Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən Akif Əlizadənin AMEA-dakı dövrü ilə bağlı araşdırma aparılır. İstintaq AMEA-da mənimsəmə və sui-istifadə hallarının olub-olmamasını araşdırır.

Murad İbrahimli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
1
unikal.az

2Sources