Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Sosial ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayevaya UEFA-dan təyinat verilib.
Hafta.az xəbər verir ki, bu barədə qurumun Mətbuat Xidməti məlumat yayıb. O, UEFA Gənclər Liqasının II təsnifat mərhələsində baş tutacaq "Dinamo Minsk" (Belarus) - "Ludoqorets" (Bolqarıstan) oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma noyabrın 1-də Bolqarıstanın Razqrad şəhərində yerləşən "Eagles Nest Stadium"da baş tutacaq.