ain.az, Oxu.az portalına istinadən məlumat verir.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Sosial ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayevaya UEFA-dan təyinat verilib.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun Mətbuat Xidməti məlumat yayıb.
O, UEFA Gənclər Liqasının II təsnifat mərhələsində baş tutacaq "Dinamo Minsk" (Belarus) - "Ludoqorets" (Bolqarıstan) oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma noyabrın 1-də Bolqarıstanın Razqrad şəhərində yerləşən "Eagles Nest Stadium"da baş tutacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.