"Football-plus.az" xəbər verir ki, mütəxəssis görüşdən sonra təşkil olunan mətbuat konfransında matçda gənc oyunçulara şans tanıdığını vurğulayıb:
"Növbəti mərhələyə vəsiqə qazandığımız üçün çox sevinirik. Bu gün gənclərə oynamaq şansı verdik".
O, bu turnirdəki hədəflərinin çempionluq olduğunu bildirib: "Kuboku qazanmağa çalışacağıq. Hər komanda bunun üçün çalışır".
Baş məşqçi görüşdə dubl edən futbolçusu İbrahima Vadjinin oyunu haqda da fikirlərini bölüşüb: "Məşqlərdə özünü yaxşı göstərir, performansını artırır".