"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsi çərçivəsində "Dinamo"nu darmadağın etdikləri oyun haqda danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis görüşdən sonra təşkil olunan mətbuat konfransında matçda gənc oyunçulara şans tanıdığını vurğulayıb: "Növbəti mərhələyə vəsiqə qazandığımız üçün çox sevinirik. Bu gün gənclərə oynamaq şansı verdik".
O, bu turnirdəki hədəflərinin çempionluq olduğunu bildirib: "Kuboku qazanmağa çalışacağıq. Hər komanda bunun üçün çalışır".
Baş məşqçi görüşdə dubl edən futbolçusu İbrahima Vadjinin oyunu haqda da fikirlərini bölüşüb: "Məşqlərdə özünü yaxşı göstərir, performansını artırır".