Kamerunun 92 yaşlı prezidenti Paul Biya səkkizinci müddətə yenidən ölkə lideri seçilib .
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Afrika ölkəsinin liderinin 53,66 faiz səs topladığı bildirilir.
Bu o deməkdir ki, Biya 99 yaşına qədər hakimiyyətdə qalacaq.
Kamerunun lideri dünyanın ən uzun müddətdir hakimiyyətdə olan prezidentidir.
Biya iyul ayında yenidən prezidentliyə namizəd olmaq qərarını açıqlamışdı.