AZ

Kamerunda kütləvi etirazlar başlayıb - 92 yaşında yenidən seçilən prezidentə qarşı

Kamerunun 92 yaşlı prezidenti Paul Biya yeddi illik müddətə yenidən seçilib və bu, ölkə daxilində etiraz dalğasına səbəb olub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, nümayişçilər müxalifət namizədi İssa Çiroma Bakarinin əsl qalib olduğunu iddia edirlər.

1982-ci ildən bəri ölkəyə rəhbərlik edən 92 yaşlı Paul Biya səslərin 53,66%-ni toplayaraq səkkizinci prezidentlik müddətinin qalibi elan edilib.

Gənc kamerunlular rəsmi nəticələrlə razı deyil və müxalifət namizədi İssa Çiroma Bakarinin qalib gəlməli olduğuna inanırlar. Bütün böyük şəhərlərə yayılan küçə nümayişlərində vətəndaş narazılığı yaranıb.

Biya 43 ildən çoxdur hakimiyyətdə olan dünyanın ən yaşlı prezidentidir. Yaşının artmasına baxmayaraq, o, istefa vermək niyyətində deyil və daha yeddi illik müddətə xidmət etməyə hazırdır.

Yerli medianın məlumatına görə, etirazlar zamanı ən azı dörd nəfər həlak olub. Təhlükəsizlik qüvvələri 100-dən çox nümayişçini saxlayıb.

Musavat.com

 

Seçilən
14
33
musavat.com

10Mənbələr