
Müxtəlif sahələr üzrə təqdim edilən beynəlxalq Nobel mükafatı əsasən bəşəriyyətin, insanlığın inkişafına töhfə verənləri tanıyan və onları dünyaya tanıdan ən nüfuzlu mükafatlardan biridir. 1901-ci ildən təqdim olunan bu mükafat ədəbiyyat, kimya, tibb və iqtisadiyyat ilə yanaşı digər sahələri də əhatə edir.
Reyting.az xəbər verir ki, 2025-ci ilə olan yeni məlumatlara əsasən, ABŞ 428 Nobel mükafatı ilə (ümumi sayın 34%-i) açıq fərqlə liderdir. Nobel laureatları arasında Martin Lüter Kinq və yazıçı Ernest Heminquey kimitanınmış şəxslər də var.
İlk onluqda yer alan ölkələr aşağıdakılardır:
Böyük Britaniya - 145 laureat.
Almaniya - 116 laureat.
Fransa - 79 laureat.
İsveç - 34 laureat.
Yaponiya - 33 laureat.
Rusiya - 30 laureat.
Kanada - 29 laureat.
İsveçrə - 27 laureat.
Avstriya - 25 laureat.

Oqtay QORÇU