AZ

Nobel mükafatını ən çox hansı ölkənin təmsilçiləri alıb?

Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Müxtəlif sahələr üzrə təqdim edilən beynəlxalq Nobel mükafatı əsasən bəşəriyyətin, insanlığın inkişafına töhfə verənləri tanıyan və onları dünyaya tanıdan ən nüfuzlu mükafatlardan biridir. 1901-ci ildən təqdim olunan bu mükafat ədəbiyyat, kimya, tibb və iqtisadiyyat ilə yanaşı digər sahələri də əhatə edir.Reyting.az xəbər verir ki, 2025-ci ilə olan yeni məlumatlara əsasən, ABŞ 428 Nobel mükafatı ilə (ümumi sayın 34%-i) açıq fərqlə liderdir. Nobel laureatları arasında Martin Lüter Kinq və yazıçı Ernest Heminquey kimi tanınmış şəxslər də var.İlk onluqda yer alan ölkələr aşağıdakılardır: Böyük Britaniya - 145 laureat. Almaniya - 116 laureat. Fransa - 79 laureat. İsveç - 34 laureat. Yaponiya - 33 laureat. Rusiya - 30 laureat. Kanada - 29 laureat. İsveçrə - 27 laureat. Avstriya - 25 laureat. Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
reyting.az

2Mənbələr