Milli Məclisin deputatı Əminə Ağazadə oktyabrın 28-də Asiya Parlament Assambleyasının (APA) Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə səfər edəcək.
Newscenter.az xəbər verir ki, iclasda “Asiyada mədəni müxtəlifliyin təşviqi və mədəni irsin qorunması istiqamətində tədbirlər haqqında”, “İnformasiya və kommunikasiya texnologiyaları vasitəsilə Asiyanın inteqrasiyası haqqında”və digər mövzuları əhatə edən qətnamə layihələri müzakirə olunacaq.
Səfər oktyabrın 31-də başa çatacaq.
Süleyman