AZ

Deputatımız APA-nın komitə iclasına qatılacaq

Milli Məclisin deputatı Əminə Ağazadə oktyabrın 28-də Asiya Parlament Assambleyasının (APA) Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə səfər edəcək.  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, iclasda "Asiyada mədəni müxtəlifliyin təşviqi və mədəni irsin qorunması istiqamətində tədbirlər haqqında", "İnformasiya və kommunikasiya texnologiyaları vasitəsilə Asiyanın inteqrasiyası haqqında"və digər mövzuları əhatə edən qətnamə layihələri müzakirə olunacaq. 
Səfər oktyabrın 31-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
1
olaylar.az

3Mənbələr