RU

Füzulidə "Qarğabazar Karvansarayı" bərpa ediləcək

Füzuli rayonunun Qarğabazar kəndində yerləşən karvansarayın bərpa işlərinə başlanılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Karvansaray bərpa ediləcək və ərazisi abadlaşdırılacaq.

Bu istiqamətdə layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı addımlar atılır.

Layihənin 314 706 manata başa gələcəyi ehtimal olunur.

Qeyd edək ki, "Qarğabazar Karvansarayı" 1681-ci ildə inşa edilib. Memarı məlum olmayan bu tarixi abidəyə bəzən “Şah Abbas karvansarayı” da deyirlər.

Избранный
20
11
operativmm.az

10Источники