AZ

Füzulidə Qarğabazar Karvansarayı bərpa ediləcək

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Füzuli rayonunun Qarğabazar kəndində yerləşən karvansarayın bərpa işlərinə başlanılır.

"APA-Economics" xəbər verir ki, Karvansaray bərpa ediləcək və ərazisi abadlaşdırılacaq.

Bu istiqamətdə layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı addımlar atılır.

Layihənin 314 706 manata başa gələcəyi ehtimal olunur.

Qeyd edək ki, "Qarğabazar Karvansarayı" 1681-ci ildə inşa edilib. Memarı məlum olmayan bu tarixi abidəyə bəzən “Şah Abbas karvansarayı” da deyirlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
11
apa.az

10Mənbələr