AZ

Füzulidə Qarğabazar karvansarayı bərpa ediləcək

Füzuli rayonunun Qarğabazar kəndində yerləşən karvansarayın bərpa işlərinə başlanılır.
"APA-Economics" xəbər verir ki, karvansaray bərpa ediləcək və ərazisi abadlaşdırılacaq.
Bu istiqamətdə layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı addımlar atılır.
Layihənin 314 706 manata başa gələcəyi ehtimal olunur.
Qeyd edək ki, "Qarğabazar Karvansarayı" 1681-ci ildə inşa edilib. Memarı məlum olmayan bu tarixi abidəyə bəzən “Şah Abbas karvansarayı” da deyirlər.
Seçilən
32
11
sherg.az

10Mənbələr