Z.Məmmədli qeyd edib ki, ikinci vacib məqam ölən şəxslərin təsvirinin verilməsi ilə bağlı etik qaydalardır:"Belə hallarda jurnalist çalışmalıdır ki, ölən şəxsi mütləq şəkildə kamuflyajda (örtülü şəkildə) göstərsin. Burada yenə də hadisənin ictimai mahiyyəti ön plana çıxır. Yəni hadisə adi məişət hadisəsidir, yoxsa çox vacib bir olayın bir elementidir? İctimai əhəmiyyəti elə də ön planda olmayan bir hadisədə jurnalistin kadrda olması nəyi təyin edir, nəyi müəyyənləşdirir? Əgər o, doğrudan da baş verənləri fondakı oturmuş ölü ilə sübut etmək istəyirsə, bu yanlış addımdır. Bir anlıq üzü örtülməklə ölən kəsi göstərmək olar. Çünki tam göstərdikdə onu tanıyanlar var, yaxınları var, ümumiyyətlə, buna müxtəlif insanlar baxır. Stəndap vacib məlumatları əks etdirmədiyi halda gərəksizdir".Sevinc İbrahimzadə / Metbuat.az