AZ

Ölən adamla bağlı xəbər müzakirələrə səbəb oldu

ain.az, Metbuat portalına istinadən məlumat yayır.

Ötən gün Sumqayıtda parkda bir kişinin meyiti tapılıb. Hadisə bir çox media orqanları tərəfindən işıqlandırılıb. Lakin bəzi televiziya müxbirlərinin reportaj zamanı meyidin yanında stəndap etməsi cəmiyyətdə müzakirələrə səbəb olub. Maraqlıdır, bu addım media etikası baxımından nə dərəcədə doğrudur?

Media eksperti Zeynal Məmmədli Metbuat.az-a açıqlamasında bildirib ki, burada iki əsas məqama diqqət yetirmək lazımdır:

"Birinci məqam stəndapın hansı hallarda zəruri olmasıdır. Əgər jurnalist mühüm bir ictimai hadisə haqqında danışırsa və hadisənin baş verdiyi məkan barədə tamaşaçıya aydın təsəvvür yaratmaq istəyirsə, bu zaman reportyorun kadrda görünməsi vacibdir. Çünki jurnalist orada yalnız görünmək üçün deyil, adi baxışla sezilməyən, lakin hadisəni anlamaq üçün önəmli olan detallara diqqət yönəltmək üçün görünür".

Z.Məmmədli qeyd edib ki, ikinci vacib məqam ölən şəxslərin təsvirinin verilməsi ilə bağlı etik qaydalardır:

"Belə hallarda jurnalist çalışmalıdır ki, ölən şəxsi mütləq şəkildə kamuflyajda (örtülü şəkildə) göstərsin. Burada yenə də hadisənin ictimai mahiyyəti ön plana çıxır. Yəni hadisə adi məişət hadisəsidir, yoxsa çox vacib bir olayın bir elementidir? İctimai əhəmiyyəti elə də ön planda olmayan bir hadisədə jurnalistin kadrda olması nəyi təyin edir, nəyi müəyyənləşdirir? Əgər o, doğrudan da baş verənləri fondakı oturmuş ölü ilə sübut etmək istəyirsə, bu yanlış addımdır. Bir anlıq üzü örtülməklə ölən kəsi göstərmək olar. Çünki tam göstərdikdə onu tanıyanlar var, yaxınları var, ümumiyyətlə, buna müxtəlif insanlar baxır. Stəndap vacib məlumatları əks etdirmədiyi halda gərəksizdir".

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
metbuat.az

10Mənbələr