RU

Maaşdan tutulacaq verginin dərəcələri açıqlandı YENİ RƏQƏMLƏR KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

2026-cı ildən Vergi Məcəlləsinə ediləcək əlavə və dəyişiklik məlum oldu.

KONKRET.az FED-ə istinadən xəbər verir ki, 2026-cı ildən Vergi Məcəlləsinə ediləcək əlavə və dəyişikliyə əsasən qeyri-dövlət və özəl sektorda əmək haqqıdan tutulacaq gəlir vergisinin dərəcəsi aşağıdakı kimi müəyyən oluna bilər:

2026-ci il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək 2500 manatadək aylıq gəlirdən 3 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.

2027-ci ilin yanvarın 1-dən 2028-ci il yanvarın birinədək 2500 manatadək aylıq gəlirdən 5 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.

2028-ci il yanvarın 1-dən isə 2500 manatadək aylıq gəlirdən 7 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.

Xatirladaq ki, bu “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı nəzərdə tutulub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
29
31
konkret.az

10Источники