AZ

Vətəndaşların vergi yükü artırılır - Ekspert AÇIQLADI

Hökumət vətəndaşların vergi yükünü artırır, çünki, ölkənin gəlirləri azalır, neft hasilatı düşür, xərclər artır.

Ucnoqta.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli gəlir vergiləri ilə bağlı təklif olunan dəyişikikləri şərh edərkən bildirib.

O qeyd edib ki, hökumətin təklifi belədir:

1) 2026-ci il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək 2500 manatadək aylıq gəlirdən 3%, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq;

2) 2027-ci ilin yanvarın 1-dən 2028-ci il yanvarın birinədək 2500 manatadək aylıq gəlirdən 5%, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10% və aylıq gəlir 8000 manatdan çox olduqda 675 manat + 8000 manatdan çox olan məbləğin 14% gəlir vergisinə çıxılacaq;

3) 2028-ci il yanvarın 1-dən isə 2500 manatadək aylıq gəlirdən 7%, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10% və aylıq gəlir 8000 manatdan çox olduqda 725 manat + 8000 manatdan çox olan məbləğin 14% gəlir vergisinə çıxılacaq.

Onun sözlərinə görə, hazırda Azərbaycanda əməkhaqqı 200 manatdan çox olduqda: 6 manat + 10% DSMF ayırmaları tutulur. Bundan başqa, işçilər 0.5 % işsizlikdən sığorta haqqı, 2 % isə icbari tibbi sığorta haqqı ödəyir.

Yəni, 2500 manata qədər maaş alanların vergisi yaxın illərdə 3%-dən 7%-ə qalxacaq.

“Bu gün hökumət bizim vergilərimizə möhtac qalıbsa, deməli bu tək hökumətin səlahiyyəti deyil, həm də məsuliyyətidir”, - o bildirib.

Seçilən
19
30
ucnoqta.az

10Mənbələr