RU

Pezeşkian: “Benzinin bahalaşması qaçılmazdır, ancaq tələsik qərar verməyəcəyik” 

Vətəninfo.az xəbər verir ki, bu gün İran prezidenti Məsud Pezeşkian Urmiya şəhərinə səfəri zamanı Qərbi Azərbaycan əyalətinin ziyalıları və vətəndaş cəmiyyəti fəalları ilə görüşdə bildirib ki, benzinin qiymətinin artırılması zəruri görünür, ancaq bu məsələ sadə qərarla həll olunacaq mövzu deyil.

Prezident qeyd edib ki, belə qərarlar düşünülmədən, bir gecədə qəbul edilə bilməz: “Əgər bunu etmək lazımdırsa, bu, aydındır. Amma bu qədər sadə deyil ki, gecə oturub qərar verim və istənilən adamı susdurum. Belə şey mümkün deyil”.

Pezeşkian əlavə edib ki, hökumətin məqsədi xalq üçün əlavə çətinliklər yaratmaq deyil. Onun sözlərinə görə, iqtisadi qərarlar ehtiyatla və insanların həyatına mənfi təsir göstərməyəcək şəkildə həyata keçirilməlidir.

Избранный
88
3
veteninfo.az

4Источники