AZ

Benzin bahalaşır: Pezeşkian açıqladı

Benzinin qiymətinin artırılması zəruri görünür, ancaq bu məsələ sadə qərarla həll olunacaq mövzu deyil.

XəzərNews.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Urmiya şəhərinə səfəri zamanı Qərbi Azərbaycan əyalətinin ziyalıları və vətəndaş cəmiyyəti fəalları ilə görüşdə deyib.

“Belə qərarlar düşünülmədən, bir gecədə qəbul edilə bilməz. İqtisadi qərarlar ehtiyatla və insanların həyatına mənfi təsir göstərməyəcək şəkildə həyata keçirilməlidir. Əgər bunu etmək lazımdırsa, bu, aydındır. Amma bu qədər sadə deyil ki, gecə oturub qərar verim və istənilən adamı susdurum. Belə şey mümkün deyil”, - Pezeşkian bildirib.

Nuray

Xəbər 1 dəfə oxunub.
Seçilən
26
3
xezernews.az

4Mənbələr