RU

9 ayda Naxçıvanda 8 minə yaxın daşınmaz əmlak qeydiyyata alınıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 7 733 daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınıb.

Dövlət Xidmətinin məlumatına görə, qeydiyyata alınan əmlaklar arasında qeyri-yaşayış binaları, fərdi yaşayış və bağ evləri, həmçinin əmlak kompleksi kimi müəssisələr yer alıb.

Hesabat dövründə daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən ümumilikdə 1,7 milyon manat xidmət haqqı toplanıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 118,7 min manat və ya 7,1 faiz artım deməkdir.

Bundan əlavə, cari ilin yanvar-sentyabr aylarında hüquqi və fiziki şəxslər, həmçinin notariat ofisləri tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə 5,4 mindən artıq elektron müraciət daxil olub ki, bu da ötən ilin analoji dövrünün göstəricisini 12,2 faiz üstələyir.

Избранный
32
2
vergiler.az

6Источники