AZ

Naxçıvanda dövlət əmlakının özəlləşdirilməsi və icarəsi sahəsində görülən işlər açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 70 dövlət əmlakı özəlləşdirilib.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, dövlət əmlakının özəlləşdirilməsindən ümumilikdə 1,1 milyon manat daxilolma əldə olunub, bunun 819 min manatı muxtar respublika büdcəsinə yönəldilib. Eyni dövrdə muxtar respublika üzrə dövlət əmlakının registrindən 143 çıxarış verilib.

Hesabat dövründə dövlət mülkiyyətində olan əmlakın icarəyə verilməsi ilə bağlı ümumilikdə 368 müraciət daxil olub. Bunlardan 88-i torpaq sahələri, 280-i isə qeyri-yaşayış sahələri ilə bağlı olub.

Nəticədə 63 torpaq sahəsi və 113 qeyri-yaşayış sahəsi üzrə yeni icarə müqaviləsi bağlanıb, 131 müqavilənin isə müddəti uzadılıb.

Cari ilin 9 ayı ərzində qüvvədə olan müqavilələr üzrə dövlət büdcəsinə torpaq sahələrinin icarəsindən 220 min manat, qeyri-yaşayış sahələrinin icarəsindən isə 274,2 min manat olmaqla, ümumilikdə 494,2 min manat vəsait ödənilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 70,6 faiz artım deməkdir.

Seçilən
28
1
vergiler.az

6Mənbələr