RU

Azərbaycan badmintonçusu Çexiyada bürünc medal qazanıb

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən “International Challenge” kateqoriyalı "Czech Open" beynəlxalq turnirində bürünc medal qazanıb.

Azərbaycan Badminton Federasiyasından AZƏRTAC-a bildirilib ki, mübarizəyə əsas mərhələdən start verən idmançı ilk görüşündə fransalı Valentin Singeri mübarizədən kənarlaşdırıb - 2:0 (21-12,21-13).

O, 1/8 finalda Hindistan təmsilçisi Dalal Şaşvatı 2:0 (21-12, 21-19) hesabı ilə məğlub edib. 1/4 finalda hər iki setdə ispaniyalı Pablo Abiandan üstün olan badmintonçumuz (21-15,21-14) yarımfinala yüksəlməklə bürünc medalı təmin edib.

Edi Reski Dviçayo finalın bir addımlığında İndoneziya badmintonçusu Məhəmməd Yusufa uduzub 0:2 (14-21, 17-21).

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
68
9
azertag.az

10Источники